Beynəlxalq sərgi-fotomüsabiqəsi

 

İdman fotojurnalistlərinin “İdman və sağlam həyat tərzi ” mövzusunda beynəlxalq sərgi-fotomüsabiqəsi
 
Azərbaycan Dövlət Teleqraf Agentliyi – AzərTAc MDB ölkələrinin humanitar əməkdaşlığı sahəsində 2011-2012-ci illər üçün prioritet tədbirlər planı çərçivəsində idman jurnalistlərinin “İdman və sağlam həyat tərzi” mövzusunda beynəlxalq sərgi-fotomüsabiqəsini təşkil edir.
 
İdman jurnalistlərinin “İdman və sağlam həyat tərzi” mövzusunda beynəlxalq sərgi-fotomüsabiqəsinin
 
ŞƏRTLƏRİ
Müsabiqəyə martın 5-də - Azərbaycanda qeyd olunan Bədən Tərbiyəsi və İdman Günündə start veriləcəkdir.
Müsabiqədə MDB ölkələri KİV-lərinin əməkdaşları iştirak edə bilərlər.
Müsabiqənin hər bir iştirakçısı 2011-2012-ci illərdə çəkilmiş (KİV-lərdə dərc olunması vacib deyildir) 2 fotoşəkil göndərə bilər.
Fotoşəkillər JPEG formatında, DPI 300 ölçüdə olmalı, uzun tərəfi pixel 3000-dən artıq olmamalıdır. 
Fotoşəkilləri və müvafiq məlumatları (qısa CV, əlaqə məlumatları) “fotomüsabiqə” qeydi ilə 2012-ci il iyulun 1-dək Azərbaycan Dövlət Teleqraf Agentliyinin – AzərTAc-ın konkurs2012@azertag.com elektron ünvanına göndərmək lazımdır.
Müsabiqəyə göndərilən fotoşəkillər MDB-nin aparıcı informasiya agentliklərinin (AzərTAc, İTAR-TASS, BELTA, Ukrinform, Kazinform) əməkdaşlarından ibarət mötəbər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Münsiflər heyətinin sədri AzərTAc-ın baş direktoru Aslan Aslanovdur.
Müsabiqənin yekunları üzrə qaliblər müəyyən ediləcəkdir. Birinci yer üçün 1000 dollar, ikinci yer üçün 500 dollar, üçüncü yer üçün 300 dollar məbləğində mükafat nəzərdə tutulmuşdur. Bundan əlavə, daha üç həvəsləndirici mükafat təsis ediləcəkdir.
Ən yaxşı fotoşəkillər Bakıda keçiriləcək sərgidə nümayiş etdiriləcəkdir.
Müsabiqə ilə əlaqədar Vüqar Əmrullayev (azertagfoto@mail.ru, tel.(+99455) 550 -02- 50) və Ziyadxan Həsənov (zgasan@yandex.ru, tel.(+99455) 200- 77-96) ilə əlaqə saxlamaq olar.
 
Telefon: (+99412) 498-60-07

 

 

Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.