İqtisadiyyat
Sahibkara 1,3 min manat maliyyə sanksiyası tətbiq edilmişdir -A +A
2012-04-28 04:37:00
28.04.2012 [04:37]

Sahibkara 1,3 min manat maliyyə sanksiyası tətbiq edilmişdir

Nəsimi rayonu, 2-ci mikrorayon, H.Əliyev küçəsi, ev 3, mənzil 31 ünvanında Asif Bağırova məxsus mağazada yoxlama aparılmışdır. Nəticədə müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsulların satıldığı müəyyən olunmuşdur

Bakı, 28 aprel (AzərTAc). Nəsimi rayonu, 2-ci mikrorayon, H.Əliyev küçəsi, ev 3, mənzil 31 ünvanında Asif Bağırova məxsus mağazada yoxlama aparılmışdır. Nəticədə müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsulların satıldığı müəyyən olunmuşdur.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinin pozulması faktı əsasında iş qaldırmışdı.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sahibkar Asif Bağırova 1,3 min manat maliyyə sanksiyası tətbiq edilmişdir.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.