MƏDƏNİYYƏT


“Məhəmməd bəy Kavaler” kitabının təqdimatı keçiriləcək

Bakı, 16 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC

Dekabrın 19-da Kitabevim.az kitab marketində Məhbubə Hacıyevanın “Məhəmməd bəy Kavaler” kitabının təqdimatı keçiriləcək.

Kitabevim.az kitab marketindən AZƏRTAC-a bildirilib ki, kitabda XIX yüzilliyin ikinci yarısında Qarabağda, eləcə də Şuşada baş verən hadisələrdən, ermənilərin və rus imperiyasının işğalçılıq siyasətindən bəhs edilir.

Əsərdə Xan qızı Xurşidbanu Natəvan, Qaçaq Nəbi kimi tarixi şəxsiyyətlər haqqında da məlumatlar verilir. Romanın baş qəhrəmanı igid, qorxmaz Qaçaq Məhəmməd bəy Kavalerdir. O, xalqının və yurdunun müdafiəsinə qalxır, lakin xəyanətin qurbanı olaraq öldürülür.

Kitabın təqdimatında ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcək.

Sonda müəllif öz imzası ilə kitabı oxuculara təqdim edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.